"Neftçi" nigeriyalı hücumçu transfer etdi

23:42 - 9 Avqust 2023 - GÜNDƏM

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan BUTA.TV-a verilən məlumata görə, "ağ-qaralar" nigeriyalı hücumçu Aaron Olanarenin transferini açıqlayıb.

Qeyd edək ki, 30 yaşlı forvard 2016-2018-ci illərdə Rusiya MOİK-inin şərəfini qoruyub.

Təcrübəli oyunçu buna qədər ölkəsinin “Şutinq Starz”, Norveçin “Valerenqa” və “Sarpsborq”, Çinin “Quançjou”, “Siçuan” və “Çançun Yatay”, Rusiyanın “Amkar” və İsrailin “Beytar" (Yerusəlim) klublarının da formasını geyinib. Son 2 mövsümü Türkiyə “Ərzurumspor”unda keçirən hücumçu I Liqada 23 matçda 4 dəfə fərqlənib.

Olanare Nigeriya millisində 7 oyunda 2 qol vurub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol