Kriminal həyat tərzi keçirən şəxslər arasında dava? - DİN

00:18 - 10 Avqust 2023 - GÜNDƏM

 Kriminal həyat tərzi keçirən şəxslər arasında dava? - DİN

Paytaxtın Yasamal rayonunda kriminal həyat tərzi keçirən şəxslər arasında münaqişə olması ilə bağlı əsassız iddialar yayılıb.

DİN-in Mətbuat Xidmətindən BUTA.TV-a bildirilib ki, avqustun 8-də saat 20:25 radələrində rayonun 1-ci Alatava küçəsində qonşular - 1969-cu il təvəllüdlü Mirəli Mirəlövsət oğlu Bəhmənov orada yaşayan 1971-ci il təvəllüdlü Ədalət Mirzətulla oğlu Həmidova kəsici alətlə xəsarət yetirməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən M.Bəhmənov saxlanılıb. Onlar arasında münaqişə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol