Ekvadorda fövqəladə vəziyyət elan edildi

10:56 - 10 Avqust 2023 - GÜNDƏM

 Ekvadorda fövqəladə vəziyyət elan edildi

Ekvadorda prezidentliyə namizəd Fernando Vilyavisensionun öldürülməsindən sonra 60 gün müddətinə fövqəladə vəziyyət elan edilib.

BUTA.TV xəbər verir ki, bu barədə Prezident Gilyermo Lassa sərəncam imzalayıb.

“60 gün müddətinə fövqəladə vəziyyət elan edirəm... Bundan sonra vətəndaşların təhlükəsizliyini, ölkənin əmin-amanlığını, azad və demokratik seçkiləri təmin etmək üçün bütün ölkə ərazisində silahlı qüvvələr səfərbər olunur”, - sərəncamda qeyd olunub.

Eyni zamanda, Ekvador prezidenti ölkədə üç günlük milli matəm elan edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol