“Aztelekom” yayılan iddialara reaksiya verdi

11:58 - 10 Avqust 2023 - GÜNDƏM

 “Aztelekom” yayılan iddialara reaksiya verdi

"Aztelekom" telekommunikasiya şirkəti qurumda FETÖ ilə bağlı əməliyyat keçirilməsinə dair yayılan məlumatlara aydınlıq gətirib.

BUTA.TV xəbər verir ki, açıqlamada sözügedən məlumatların yanlış olduğu bildirilib.

“Müxtəlif kütləvi informasiya vasitələrində hüquq mühafizə orqanları tərəfindən Aztelekom MMC-də iki şəxsin həbs edilməsi barədə yayılan məlumatla bağlı bildirmək istəyirik ki, Aztelekom MMC-yə hüquq mühafizə orqanları tərəfindən mövzu ilə əlaqədar hər hansı sorğu, məlumat və s. daxil olmayıb”.

Qeyd edək ki, ötən gün Gününsəsi.info saytı hüquq-mühafizə orqanlarının "Aztelekom"da əməliyyat keçirdiyini və iki FETÖ-çünün həbs edildiyini bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol