İranda Təhsil İşçiləri Həmkarlar İttifaqının üzvləri Lida İsmaili və Əlirza Himməti işdən qovulublar.
BUTA.TV xəbər verir ki, bu barədə Təhsil İşçiləri Həmkarlar İttifaqı məlumat yayıb.
Hər iki müəllimin Təhsil Nazirliyinin əməkdaşlarının inzibati xətalarına dair işlər üzrə apellyasiya şurasının qərarı ilə cəzalandırıldığı bildirilib.
Onlar müəllimlərin hüquqlarını təmini ilə bağlı fəaliyyətləri, etiraz aksiyasında həbs edilən müəllim və tələbələrin azadlığını tələb etdikləri üçün işdən qovulublar.
Qeyd edək ki, 2022-ci ilin sentyabr ayından İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən, tələbələrin həbsinə etiraz edən onlarla müəllim işdən çıxarılıb. Müəllimlərin bir çoxuna qarşı “hökumətə qarşı təbliğat” ittihamı irəli sürülüb.
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik