Urmiya gölünün quruması məsələsi siyasiləşdirilərək hakimiyyətə qarşı istifadə edilir.
BUTA.TV xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Ramazan Şərif deyib.
SEPAH sözçüsü son 800 il ərzində dünyada Urmiya gölü kimi bir çox göllərin quruduğunu bildirib:
“Bu kimi hadisə yalnız İranda baş vermir. Gölün qurumasında hakimiyyətin günahı yoxdur. Bu məsələdən istifadə edərək İranı gücsüz göstərmək istəyirlər”.
Qeyd edək ki, İranın keçmiş kənd təsərrüfatı naziri, Ekologiya Təşkilatının keçmiş rəhbəri və Urmiya Gölünün Bərpası Qərargahının keçmiş başçısı İsa Kələntəri iki gün əvvəl mediaya verdiyi müsahibədə gölün qurumasında hakimiyyətin günahkar olduğunu bildirmişdi.
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik