Məşhur türkiyəli müğənni konsertə gedərkən qəzaya düşdü

16:02 - 10 Avqust 2023 - GÜNDƏM

 Məşhur türkiyəli müğənni konsertə gedərkən qəzaya düşdü

Avqustun 11-də Alanya Açıq Hava Teatrında konserti gözlənilən məşhur türkiyəli müğənni Tan Taşçı qəzaya düşüb.

Kult.az Oxu.az-a istinadən xəbər verir ki, müğənninin içində olduğu minik avtomobili Burdurun Bucak rayonunda hərəkətdə olan yük maşınına arxadan çırpılıb. Yol-nəqliyyat hadisəsi zamanı Tan Taşçı, onun meneceri Ecmal Kayahan və sürücüsü Mehmet Emre yaralanıblar.

Hadisə yerinə polis və sağlamlıq qrupları cəlb olunub. Yaralılar Bucak Dövlət Xəstəxanasına aparılıblar. Həkimlər yaralıların səhhətinin yaxşı olduğunu bildiriblər.

Konsertin ləğv edilib-edilməyəcəyi ilə bağlı açıqlama veriləcəyi bildirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol