TƏBİB-dən omikronun yeni ştammı ilə bağlı açıqlama

17:44 - 10 Avqust 2023 - GÜNDƏM

 TƏBİB-dən omikronun yeni ştammı ilə bağlı açıqlama

Elmi araşdırmalarda, məqalələrdə omikronun yeni variantının aşkarlanması barədə məlumatlara rast gəlinir. Amma bunun təhlükəli olması ilə bağlı hər hansı fakt yoxdur.

Bu barədə BUTA.TV-a TƏBİB-dən bildirilib.

“Virusun yeni variantlarının ortaya çıxması mümkündür. Bununla belə, onun kliniki ağırlaşmalara səbəb olma ehtimalı çox zəifdir. Başqa sözlə, yeni variantlar qeydə alınsa da, o, adi kəskin respirator infeksiyası kimi idarə olunacaq”, - məlumatda bildirilib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı dünyada koronavirusun EG.5 omikron ştammının sürətlə yayılmağa başladığını bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol