Bakı ilə bu saziş problem olmayacağına təminat verir

21:22 - 10 Avqust 2023 - GÜNDƏM

 Bakı ilə bu saziş problem olmayacağına təminat verir

Rumıniyanın təbii qaz anbarları hazırda 77 faiz doludur.

BUTA.TV xəbər verir ki, bunu ölkənin energetika naziri Sebastyan Burduja AGERPRES milli xəbər agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, sentyabrın 1-dək anbarlar 90 faizdən çox dolu olacaq. “Qış çox sərt keçərsə, bizim “Romqaz”ın Azərbaycanla bağladığı müqaviləni işə salaraq 1 milyard kubmetr qaz ehtiyacımızı ödəmək imkanı var”, – deyə nazir vurğulayıb.

Nazir qeyd edib ki, Qara dənizdəki Neptun dərinliyindən təbii qazın nəqli üçün lazım olan infrastruktur hasilat başlayanda, 2027-ci ilə qədər hazır olacaq. Uzunluğu 308,3 km olan Tuzla-Podişor qaz kəməri Qara dənizdən qazın Qərbi Avropaya çatdırılması üçün nəzərdə tutulub. O, qazı Neptun Deep sahəsindən Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriyanı birləşdirən BRUA qaz kəmərinə nəql edəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol