Vüsalə Əlizadə ATV-dən getdi

09:54 - 11 Avqust 2023 - GÜNDƏM

 Vüsalə Əlizadə ATV-dən getdi

Aparıcı Vüsalə Əlizadə illərdir çalışdığı ATV kanalından ayrılıb.

Kult.az xəbər verir ki, aparıcı bu barədə şəxsi İnstaqram hesabında paylaşım edib.

"Bu gün 20 illik əməyim olan, ata ocağı qədər doğma, əziz ATV telekanalından öz istəyimlə ayrıldım.

2 aydır, bilib-bilmədən danışanlar, yazanlar, yozanlar, bilin ki, münasibətlər, hörmətli qərarlar sayğı duyularaq gözəldir və biz də belə ayrıldıq, çünki mən qərarlarımı verərkən nə şişi bada verirəm, nə də kababı...

Hər şey ölçüdə gözəldir. İşimi, sənətimi, səhnəmi, məni sevib gözləyən, bu iki ay ərzində axtaran tamaşaçımı çox sevirəm. Yeni mövsümdə bütün həmkarlarıma və özümə bol şans arzu edirəm. Tezliklə görüşərik", - deyə aparıcı qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol