Yalnız kapitulyasiya sülh gətirəcək - Medvedyev

11:24 - 11 Avqust 2023 - GÜNDƏM

 Yalnız kapitulyasiya sülh gətirəcək - Medvedyev

Yalnız kapitulyasiya Ukraynanın sülhə gəlməsinə kömək edəcək.

BUTA.TV xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev deyib.

Böhranın həllinin belə variantı nə Qərb, nə də Kiyev hakimiyyəti üçün qəbuledilməzdir:

“Bölünmüş ölkənin səngərlərində əzab çəkən insanlara həqiqətən yalnız təslim olmaq lazımdır. Bu, bəlkə də sülhə yol açacaq. Amma nə Vaşinqton, nə də Kiyev sülh istəmir. Münaqişəyə son qoymaq istəməməsi ona gətirib çıxarır ki, Ukrayna ordusunun saxlanmasına milyardlarla dollar xərclənir. “Böyük əks-hücum” mifi “böyük dollar iqtisadiyyatı” mifini dəstəkləyir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol