Məhkəmə Jirinovskinin oğlunun iddiasını rədd etdi

13:02 - 11 Avqust 2023 - GÜNDƏM

 Məhkəmə Jirinovskinin oğlunun iddiasını rədd etdi

Moskvanın Nikulinski Rayon Məhkəməsi Liberal Demokrat Partiyasının sabiq lideri Vladimir Jirinovskinin qeyri-qanuni oğlu Oleq Eydelşteynin atalığın tanınması faktını müəyyən etmək üçün məhkəməyə müraciətini rədd edib.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

“Tərəflər arasında mübahisəyə dair Kabardin-Balkar Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı olduğu üçün məhkəmə iddianı qəbul etməkdən imtina edib”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Oleq Edelşteyn atalığın tanınması faktı ilə yanaşı Vladimir Jirinovskinin mirasına da iddia edirdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol