İngiltərənin “Liverpul” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, “qırmızılar” “Brayton”la müdafiəçi Moyses Kaysedonun transferi ilə bağlı razılığa gəliblər.
Mersisayd klubu 21 yaşlı ekvadorlu üçün qarşı tərəfə 126 milyon avro ödəyəcək. Keçid artıq bu gün elan edilə bilər.
Transfer reallaşsa, Kaysedo futbol tarixinin ən bahalı müdafiəçisi olacaq. Hazırda bu ad bir müddət əvvəl Almaniya “Leypziq”indən İngiltərə “Mançester Siti”sinə 90 milyon avroya keçən Yoşko Qvardiola məxsusdur.
Kaysedo 2022-ci ilin yanvarında Belçika “Bersxot”undan “Brayton”a transfer olunub. O, keçən mövsüm 47 matçda bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan