Zelenski bütün hərbi komissarları işdən qovur

16:04 - 11 Avqust 2023 - GÜNDƏM

 Zelenski bütün hərbi komissarları işdən qovur

Bütün regional hərbi komissarları işdən çıxarırıq. Bu sistemi müharibənin nə olduğunu, müharibə zamanı sinizm və rüşvətin niyə xəyanət olduğunu bilən insanlar idarə etməlidir.

BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Cəbhədən keçən və ya sağlamlığını, əzalarını itirdiyinə görə səngərdə ola bilməyən, lakin ləyaqətini qoruyub saxlayan döyüşçülərə bu sistemi etibar etmək olar. Bunu baş komandan Valeri Zalujnı həyata keçirməlidir”, - Zelenski bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol