Qaradağda binada yanğın: 10 nəfər təxliyə edildi

17:28 - 11 Avqust 2023 - GÜNDƏM

 Qaradağda binada yanğın: 10 nəfər təxliyə edildi

Bakı şəhərinin Qaradağ rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, beşmərtəbəli yaşayış binasının 3-cü, 4-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 3 ədəd elektrik sayğacı və 1-ci mərtəbədən 5-ci mərtəbəyə qədər pilləkən qəfəsindən keçən elektrik kabelləri 20 metr yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol