Yaralıları aparan təcili yardım qəzaya düşdü

17:32 - 11 Avqust 2023 - GÜNDƏM

 Yaralıları aparan təcili yardım qəzaya düşdü

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Göycəli kəndində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub və üç nəfər xəsarət alıb.

Həmin şəxsləri xəstəxanaya aparan təcili tibbi yardım avtomobili Ağstafa şəhərində Bayraq Meydanının qarşısında qəzaya düşüb.

Nəticədə yaralılar başqa təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol