Xəbərdarlıq: Rusiyanın neft və qaz gəlirləri azalır...

17:54 - 11 Avqust 2023 - GÜNDƏM

 Xəbərdarlıq: Rusiyanın neft və qaz gəlirləri azalır...

Neft və qaz gəlirləri Rusiya büdcəsini uzun müddət tam təmin edə bilməyəcək.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının xəbərdarlığında qeyd olunub.

“Rusiyaya sanksiya təzyiqi və dünya əmtəə qiymətlərinin tədricən azalması fonunda, rublun mülayim zəifləməsi ilə belə neft və qaz gəlirlərinin uzun müddət baza səviyyəsindən aşağı qalması ehtimalı var”, - məlumatda qeyd olunub.

Mərkəzi Bankın analitiklərinin fikrincə, bu ssenari reallaşarsa, büdcə qaydasının indiki formada həyata keçirilməsi təhlükə altına düşəcək və Milli Sərvət Fondu həddindən artıq pul itirməyə başlayacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol