Şarm əl-Şeyxə çarter reyslərinin sayı artırılacaq

18:56 - 11 Avqust 2023 - GÜNDƏM

 Şarm əl-Şeyxə çarter reyslərinin sayı artırılacaq

“Azərbaycan Hava Yolları” (AZAL) QSC "PAŞA Travel" MMC ilə birlikdə Misirin Şarm əl-Şeyx şəhərinə çarter reyslərinin sayını artıracaq.

Bu barədə BUTA.TV-a AZAL-dan bildirilib.

Məlumata görə, noyabrın 4-dən Bakıdan Şarm əl-Şeyxə uçuşlar həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

Aviabiletləri www.azal.az saytından, AZAL mobil tətbiqi vasitəsilə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək olar.

Misirə turlar Azərbaycanın bütün turizm agentliklərində də satışa çıxarılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol