Ağstafada ağır qəza: 6 nəfər yaralandı

19:04 - 11 Avqust 2023 - GÜNDƏM

 Ağstafada ağır qəza: 6 nəfər yaralandı

Ağstafa rayonunun Aşağı Göycəli kəndində yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

BUTA.TV-ın Report-a istinadən məlumatına görə, "VAZ" və "Toyota" markalı avtomobillərin toqquşması nəticəsində 1961-ci il təvəllüdlü S.Məmmədova, 1989-cu il təvəllüdlü Ş.Məmmədova, 2016-cı il təvəllüdlü T.Məmmədov, 2013-cu il təvəllüdlü C.Məmmədov, 1984-cü il təvəllüdlü C.Məmmədov və 1982-ci il təvəllüdlü V.Nəsibov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, hadisə yerinə çağırılmış təcili tibbi yardım maşını da digər minik avtomobili ilə toqquşub. Bu səbəbdən əraziyə növbəti təcili tibbi yardım briqadası cəlb olunub və xəsarət alanlar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol