Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi rəsmi sosial media hesablarını elan edib.
Bu barədə BUTA.TV-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, daxili işlər orqanlarında vətəndaş məmnunluğunun, eləcə də polisə əlçatanlığın təmin edilməsi məqsədilə yaradılmış imkanların daha da genişləndirilməsi xidməti fəaliyyətimizin prioritet istiqamətlərindən biridir. Qeyd olunub ki, Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsində ictimai rəyin mühüm əhəmiyyət kəsb etdiyini və bu istiqamətdə sosial medianın imkanları ilə bağlı müasir çağırışları nəzərə alaraq, yeni yaradılan sosial media platformalarını əhalinin istifadəsinə təqdim edir.
Həmin rəsmi sosial şəbəkə hesabları aşağıdakılardır:
Feysbuk: https://www.facebook.com/dyp.polisazerbaycan/
İnstaqram: https://www.instagram.com/dyp.polisazerbaycan/
Yutub: https://www.youtube.com/channel/UCao3jYoO8kFnHkLAC3oBCDg
Teleqram: https://t.me/dyp_polisazerbaycan
Tiktok: https://www.tiktok.com/@dyp_gov.az
“DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əhaliyə, o cümlədən yol hərəkəti iştirakçılarına müraciət edərək onları yaradılan şəraitdən səmərəli istifadə etməyə, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində ictimai iştirakçılığın daha geniş vüsət almasına töhfə verməyə çağırır”,-deyə idarədən verilən məlumatda bildirilir.
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan