Amerikalı iş adamları, milyarderlər İlon Mask və Mark Zukerberq arasında döyüş İtaliyada baş tutacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Mask sosial şəbəkədəki səhifəsində məlumat verib.
“Döyüş mənim fondum və Zukerberqin fondu tərəfindən keçiriləcək. Yayım X (Tvitter) platformasında və “Meta”da (Feysbuk) olacaq. Kameraya düşən bütün kadrlar qədim Romanı əks etdirəcək, odur ki, müasir heç nə olmayacaq. İtaliyanın Baş naziri və mədəniyyət naziri ilə danışdım. Onlar epik bir yer haqqında razılığa gəliblər. Bütün gəlir veteranlara sərf olunacaq”, - Mask yazıb.
Qeyd edək ki, Maskın Zukerberqlə döyüşdən imtina etməsi barədə də mediaya məlumatlar yayılmışdı.
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik