Ermənistanda tikinti sənayesinin əsas problemlərindən biri tikinti mədəniyyətinin olmamasıdır.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İnşaatçılar Gününə həsr olunmuş təntənəli tədbirdə deyib.
Onun sözlərinə görə, peşə bayramı problemlər haqqında danışmaq və onların həlli yollarını göstərmək üçün əlavə səbəbdir:
“Söhbət ölkənin strateji inkişafından, yeni tikinti mədəniyyətindən, yeni keyfiyyətdən, yeni standartlardan, yeni yanaşmalardan və templərdən gedir. Bizdə binanın söküntüsü illərlə davam edir. Müdafiə Nazirliyinin keçmiş binasını 4 ildir sökürük. Bu həm özəl sektor, həm də dövlət sektoru üçün problemdir. Mən hələ yeni binanın tikintisi müddətindən danışmıram. Bir çox başqa ölkələrdə bir neçə günə tikilən binanı Ermənistanda illərdir tikirlər, tikirlər, amma tikib qurtara bilmirlər”.
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan