Tanınmış futbolçu karyerasını başa vurdu

22:18 - 11 Avqust 2023 - GÜNDƏM

 Tanınmış futbolçu karyerasını başa vurdu

Qana millisinin sabiq futbolçusu Kevin-Prins Boatenq peşəkar karyerasını başa vurub.

BUTA.TV xəbər verir ki, tanınmış hücumçu 36 yaşında futbolla vidalaşıb.

"Səni sevirəm. Hər şey üçün çox sağ ol, futbol", - veteran oyunçu sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, Kevin-Prins Boatenq karyerası ərzində İngiltərənin "Tottenhem", Almaniyanın "Borussiya" (Dortmund), İtaliyanın "Milan", İspaniyanın "Barselona" və Türkiyənin "Beşiktaş" komandalarında çıxış edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol