Erməni təbliğatına və Qərbdə ona dəstək verənlərə qarşı əlimizdə çoxlu arqument var, sadəcə onlardan kifayət qədər istifadə edə bilmirik. Misal üçün Ukrayna Qərb üçün ən həssas və vacib mövzulardandır. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə yanaşı rəsmi Kiyevin, o cümlədən Prezident Vladimir Zelenskinin yardım xahişlərinə müsbət cavab verib. Prezident İlham Əliyev Ukrayna dövlətinə elektrik avadanlıqları üçün 7,6 milyon dollar ayrılması haqqında sərəncam imzalayıb. Yaxın vaxtlarda Azərbaycandan Ukraynaya yenidən generator və transformatorlar çatdırılacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Azərbaycan Ukraynaya humanitar yardım göstərməyə və bunu genişləndirməyə davam edəcək:
“Azərbaycan müharibədə zərər çəkmiş ukraynalı uşaqların tibbi və psixoloji reabilitasiyasını da həyata keçirir.
Bunlardan hansı birini Ermənistan Qərbin dəstəklədiyi Ukrayna üçün edir? Ermənistandakı siyasi qüvvələr və Qarabağdakı separatçılar Rusiyanın qorxusundan Ukraynanın adını çəkməyi belə çəkinirlər. Bunlar varkən, Qərbdə səsimizin zəif çıxması anlaşılan deyil”.
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan