Türkiyə Rusiya və Qərblə dialoqda Cənubi Qafqazda təsir dairəsi üçün aktiv şəkildə “bazarlıq” edir. Ankaranın addımları da buna hesablanıb.
BUTA.TV xəbər verir ki, bunu erməni şərqşünas Armen Petrosyan deyib.
Petrosyan bildirib ki, Türkiyənin Cənubi Qafqaz siyasəti daha geniş proseslərin nəticəsidir:
“Yəni qlobal dünya düzənində baş verən köklü dəyişikliklərdən istifadə edən Ankara Qafqazda özünü təsdiqləməyə və maksimum dividentlər əldə etməyə çalışır”.
Onun sözlərinə görə, Rusiyanın Cənubi Qafqazda təsirinin zəifləməsi göz qabağındadır:
“Hazırda bu boşluğu kimin dolduracağıyla bağlı rəqabət mövcuddur. Türkiyə rəhbərliyinin diplomatik leksikonunda son vaxtlar Ermənistan, Qarabağ, Ermənistan-Azərbaycan münasibətləri kimi sözlər daha çox yer alır. Üstəlik, Türkiyənin həm Qərb, həm də Rusiya ilə dialoqunda Cənubi Qafqaz mövzusu fəal şəkildə müzakirə olunur. Türkiyə Qərblə danışıqda hər şəkildə özünü Cənubi Qafqazda Rusiyaya alternativ olaraq ortaya qoyur. Bununla da Qərbin maraqlarını müdafiə etdiyini açıq şəkildə göstərir. Ankara Moskva ilə dialoqda isə tamamilə fərqli taktikadan istifadə edir və Rusiyanın təsirinin zəifləməsi ilə Qərb ekspansiyasının qarşısını almağa hazır olduğunu bildirir”.
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik