Zaqatalada kirpi ovlayan şəxslər cərimələndi

14:18 - 12 Avqust 2023 - GÜNDƏM

 Zaqatalada kirpi ovlayan şəxslər cərimələndi

Zaqatalada qanunsuz ov edən şəxslər aşkarlanıb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan BUTA.TV-a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ov hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində ov üçün nəzərdə tutulmayan yerdə qanunsuz ov edən Yevlax sakinləri Elçin Nadirov, Elşən Əliyev və Hüseyn Hüseynov saxlanılıblar.

Onlardan kəsib satmaq məqsədilə ovladıqları çoxlu sayda kirpi və digər sübutlar götürülüb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol