Ermənistanın BMT Təhlükəsizlik Şurasından qətnamə umması riyakarlığın bariz nümunəsidir.
BUTA.TV xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı açıqlamada bildirilib.
İcma Ermənistanın “humanitar böhran” şousu altında BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması və Azərbaycana qarşı qətnamə qəbul edilməsinə çalışması niyyəti ilə əlaqədar bildirib ki, 30 il ərzində Təhlükəsizlik Şurasının məlum qətnamələrinə məhəl qoymayan, hətta onlara istinad edilməsinə dözümsüz münasibət göstərən Ermənistanın indi Təhlükəsizlik Şurasından qətnamə umması riyakarlığın bariz nümunəsidir:
“Ermənistanın beynəlxalq humanitar hüquq və insan hüquqları sahəsində görməli olduğu iş öz ərazisindən qovduğu yüz minlərlə azərbaycanlının təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına imkan yaratmaqdır.
Qərbi Azərbaycan İcması Ermənistanın bu hərəkətini onun Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü təhdid etməsi, daxili işlərinə kobud müdaxiləsi və 2022-ci il oktyabr Praqa və Soçi, 2023-cü il iyul Brüssel bəyanatlarında yer almış suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması müddəasından geri çəkilməsi kimi qiymətləndirir və Ermənistanı regionda vəziyyəti qəsdən gərginləşdirən əməllərə son qoymağa çağırır”.
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan