Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1 Beynəlxalq Hava Limanı” gömrük postunda İstanbul-Bakı aviareysi ilə Türkiyədən Azərbaycan Respublikasına gələn vətəndaşın üzərinə və əşyalarına yoxlama keçirilib.
BUTA.TV Dövlət Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, yoxlama zamanı həmin şəxsə məxsus çamadanın içərisində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 5 qabda gömrük nəzarətindən gizlətdiyi, ümumilikdə külli miqdarda 750,831 qram kokain, 2,944 qram qurudulmuş marixuana, 2,742 qram həşiş qətranı narkotik vasitələri, 3,202 qram MDMA psixotrop maddəsi, tərkibindəki preqabalin güclü təsiredici maddəsinin ümumi miqdarı 12,6 qram olan külli miqdarda, 28 həb “Lyrica 150 mg” və 28 həb “Lyrica 300 mg” kapsulları aşkar olunaraq götürülüb.
Faktla bağlı Komitənin Əməliyyat-İstintaq Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq), 234.4.1, 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını əldə etmə, saxlama) və 240.3.2-ci (Güclü təsir edən maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanıb. Aparılmış istintaqla 1 nəfər şəxs cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs seçilib, 1 nəfər şəxsin barəsində isə istintaqdan gizləndiyi üçün axtarış elan edilib.
Hazırda cinayət işinin istintaqı davam etdirilir.
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan