Bu tarixdə NATO-nun təlimləri başlayacaq

21:08 - 12 Avqust 2023 - GÜNDƏM

 Bu tarixdə NATO-nun təlimləri başlayacaq

Rumıniyada NATO-nun döyüş qrupunun beynəlxalq təlimləri avqustun 14-də başlayacaq.

BUTA.TV xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin saytında bildirilib.

Avqustun 14-dən 18-dək olan müddətdə Fransa və Lüksemburqun 250-yə yaxın əsgəri və NATO-nun Rumıniyadakı döyüş qrupunun 65 texnikası “Deployex” təlimlərində iştirak edəcək.

Təlimlərin məqsədi Şimali Atlantika Alyansının döyüş qrupunun canlı qüvvə və texnikasının çevik yerləşdirilməsinin işlənib hazırlanmasıdır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol