Əgər Belarus Polşa ilə yaxşı əlaqələrinin olmasını istəyirsə, bunun yolu olduqca asandır. Sərhədlərimizə hücumları dayandırmaq, Belarus həbsxanasındakı Andjey Poçobuta və digər mindən çox məhbusu azad etmək...
BUTA.TV xəbər verir ki, bu sözləri Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski Belarus lideri Aleksandr Lukaşenkonun gözlənilməz açıqlamasını şərh edərkən deyib.
O bildirib ki, ölkəsi heç vaxt Minskə qarşı düşmən niyyəti olmayıb və hazırki münasibətlərə görə, Belarus hakimiyyəti məsuliyyət daşıyır:
“Belarus sadəcə olaraq Polşaya düşmən münasibət bəsləyən ölkədir”.
Qeyd edək ki, A.Lukaşenko Polşa ilə əlaqələrin nizama salınması üçün hökumətə tapşırıq verib.
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan