Putin daha böyük müharibəyə hazırlaşır

22:38 - 12 Avqust 2023 - GÜNDƏM

 Putin daha böyük müharibəyə hazırlaşır

Rusiya Prezidenti Vladimir Putinin hərəkətləri sübut edir ki, o, Ukrayna müharibəsindən çıxış yolu axtarmır, əksinə, daha böyük münaqişəyə hazırlaşır.

BUTA.TV xəbər verir ki, bu sözləri Ukrayna Ombudsmanı Dmitri Lubinets deyib.

Onun sözlərinə görə, Putin bu yaxınlarda Dövlət Dumasına Rusiyada fövqəladə vəziyyətin tətbiqi və ya ləğvi barədə BMT və ya Avropa Şurası kimi beynəlxalq təşkilatların məlumatlandırılması zərurətini aradan qaldıran qanun layihəsi təqdim edib.

Lubinets qeyd edib ki, bu qanunvericilik dəyişiklikləri Rusiya rəhbərliyinə beynəlxalq humanitar hüququ nəzərə almadan rusları sıxışdırmağa imkan verəcək:

“Bu nə deməkdir? Rusiya prezidenti Ukraynada müharibədən çıxış yolu axtarmır, daha böyük bir münaqişəyə haribəyə hazırlaşır - yəqin ki, NATO ölkələri ilə”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol