AB Nigerə qarşı sanksiyalar hazırlayır

23:48 - 12 Avqust 2023 - GÜNDƏM

 AB Nigerə qarşı sanksiyalar hazırlayır

Avropa Birliyi (AB) Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOVAS) Nigerdə demokratiyanı bərpa etmək səylərinə dəstək olaraq bu ölkəyə qarşı sanksiyalar hazırlayır.

BUTA.TV xəbər verir ki, bu barədə AB-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell bildirib.

“AB ECOVAS dövlət başçılarının avqustun 10-da Nigerdəki vəziyyətlə bağlı ikinci fövqəladə sammitində qəbul etdiyi qərarları, xüsusən də mövcud böhranın diplomatik həllini axtarmaq istəyini alqışlayır. Avropa İttifaqı ECOVAS-ın göstərdiyi səyləri tam dəstəkləyir və Nigerin yeni rəhbərliyinə qarşı fərdi sanksiyaların tətbiq etməklə onların praktikada həyata keçirilməsinə töhfə verməyə hazırlaşır”, - AB-nin ali nümayəndəsi qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol