Havay adalarında yanğın: ölənlərin sayı 89 nəfərə çatdı

11:18 - 13 Avqust 2023 - GÜNDƏM

 Havay adalarında yanğın: ölənlərin sayı 89 nəfərə çatdı

Havay adalarından birində Maui adasında baş verən yanğınlar nəticəsində ölənlərin sayı 89 nəfərə çatıb.

BUTA.TV xəbər verir ki, bu barədə ştatın qubernatoru Coş Qrin deyib.

Qubernator qeyd edib ki, Mauidə baş verən bu hadisə ABŞ-da bir əsrdən artıq müddətdə ən ölümcül meşə yanğını olub:

"Ölənlərin sayının artacağı gözlənilir. İnsanların buna hazır olmasını istərdik".

ABŞ Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinin və yerli tədqiqat mərkəzinin mütəxəssislərinin hesablamalarına görə, Havay adalarında baş verən yanğınlardan sonra bərpa işlərinə təxminən 5,52 milyard dollar lazım olacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol