Tovuzda xəstəxanada 4 günlük körpə öldü

09:38 - 14 Avqust 2023 - GÜNDƏM

 Tovuzda xəstəxanada 4 günlük körpə öldü

Tovuzda xəstəxanada 4 günlük körpə ölüb.

BUTA.TV Report-a istinadən xəbər verir ki, Ağstafa rayon sakini, 2000-ci il təvəllüdlü Pərvanə Qasımova avqustun 9-da Tovuz Rayon Mərkəzi Xəstəxanasında təbii üsulla uşaq dünyaya gətirib.

Lakin yeni doğulmuş körpə avqustun 13-də həmin xəstəxanada dünyasını dəyişib.

Onun yaxınları iddia edir ki, körpə həkim səhlənkarlığı nəticəsində ölüb.

Faktla bağlı Tovuz Rayon prokurorluğunda araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol