Abdullahian səfirliyimizə hücumdan danışdı: Qisas...

18:24 - 14 Avqust 2023 - GÜNDƏM

 Abdullahian səfirliyimizə hücumdan danışdı: Qisas...

Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum şəxsi qısas zəminində baş verib.

BUTA.TV xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian avqustun 14-də jurnalistlərə açıqlamasında deyib.

"Azərbaycan prezidenti ilə görüşdə də bildirdim ki, bizim də müxtəlif ölkələrdə diplomatlarımız vəzifələrini icra edərkən şəhid olublar. Bugünkü dünyada bu çox da qəribə mövzu olmadığı üçün səfirliyi bağlamağa ehtiyac yoxdur" ,- Abdullahian qeyd edib.

Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol