Əgər Ukrayna bir neçə yüz F-16 qırıcısı və bir neçə yüz uzaq mənzilli ATACMS raketi alarsa, müharibə həftə ərzində başa çata bilər.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Piontkovski deyib.
“F-16 fantastik şeydir. Bunlar uçan hava hücumundan müdafiə platformalarıdır. Bu təyyarələr Qara dəniz ərazisi üzərində görünəndə cənub limanlarına edilən bütün bu hücumlar dərhal dayandırılacaq. Bundan əlavə, bu, hücum silahıdır. F-16-lar eyni Engelsə (Rusiyanın Saratov vilayətindəki aviabazası) çata və Rusiyanın bütün strateji aviasiyasını məhv edə bilərlər”, - politoloq bildirib.
Onun sözlərinə görə, müharibə Ukraynan bu silahları istifadə etmədən də başa çata bilər, əsas odur ki, bunlar ölkəyə verilsin:
“Mən əminliklə deyirəm ki, bu silahlardan istifadə olunmasa da müharibə bitəcək. Ruslar onun Ukrayna ərazisində olduğuna əmin olduqda, 24 iyun hadisələri (Priqojin qiyamı) ilə Rusiyanın hərbi-siyasi rəhbərliyində baş verən dağıdıcı proseslər məntiqi nəticəyə gətirib çıxaracaq. Bu raketlər və təyyarələr Ukrayna ərazisində və hava məkanında peyda olanda Kreml başa düşəcək ki, heç bir ümid yoxdur, Putin müqavimət göstərsə, sadəcə olaraq onu uzaqlaşdıracaqlar”.
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan