SEPAH Urmiya gölünə görə Türkiyəni günahlandırdı

14:38 - 15 Avqust 2023 - GÜNDƏM

 SEPAH Urmiya gölünə görə Türkiyəni günahlandırdı

SEPAH-ın "Aşura" korpusunun komandiri Əsgər Abbasquluzadə Urmiya gölünün qurumasında Türkiyəni və Rza xanı günahlandırıb.

BUTA.TV xəbər verir ki, o, bu barədə yerli media orqanlarına açıqlamasında bildirib.

SEPAH komandiri Rza xanın Ağrı yüksəkliklərini Türkiyəyə verdiyini, Türkiyənin isə oradan axan suların qarşısında çox sayda bəndlər tikərək Urmiya gölünə su axınının qarşısını aldığını deyib.

Qeyd edək ki, Urmiya gölünə axan çayların qarşısında inşa edilən 100 bəndin hamısı İran daxilindədir və SEPAH tərəfindən inşa edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol