Güney Azərbaycan Televiziyasının qurucusu Əhməd Obalı tezliklə canlı yayıma çıxacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Günaz TV (Güney Azərbaycan Televizyası) məlumat yayıb.
Məlumata görə, Obalı başına gələn məlum hadisələrdən sonra ilk dəfə Güney Azərbaycan Televiziyasının "Azadlıq səsi" verilişində canlı yayıma bağlanacaq.
O, efir vasitəsilə soydaşlarımızı səhhəti ilə bağlı məlumatlandıracaq. Eyni zamanda, Güney Azərbaycanla bağlı məsələlərə münasibətini bildirəcək.
Qeyd edək ki, Güney Azərbaycan Televiziyasının (Günaz TV) qurucusu və rəhbəri, ABŞ-da mühacir həyatı yaşayan güneyli milli fəal Əhməd Obalı mayın 21-də səhər saatlarında Kaliforniya ştatında naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan