BMT-nin Liviyaya Dəstək Missiyası (UNSMIL) Liviyanın paytaxtı Tripolidə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmalara son qoymağa çağırıb.
BUTA.TV xəbər verir ki, UNSMIL-dən verilən açıqlamada, dünən gecədən bəri Tripolidəki qarşıdurmalar və onların mülki şəxslərə təsirlərinin narahatlıqla izlənildiyi bildirilib.
"Zorakılıq münaqişələrin həlli vasitəsi kimi qəbul edilə bilməz. Bütün tərəflər təhlükəsizlik sahəsində bu illər ərzində əldə edilmiş nailiyyətləri qəbul etməli və münaqişələri dialoq yolu ilə həll etməlidir", -deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, Tripolidə "Ər-Rada" qruplaşmasının üzvləri ilə hökumət qoşunları arasında şiddətli döyüşlər başlayıb.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan