“Mitsubişi” su kanalına aşdı: ölənlər var

17:36 - 16 Avqust 2023 - GÜNDƏM

 “Mitsubişi” su kanalına aşdı: ölənlər var

Kürdəmirdə ağır yol qəzası baş verib, ölənlər var.

BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Qaramahmudlu kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mitsubişi” markalı avtomaşın Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və maşın yoldan çıxaraq yol kənarındakı su kanalına düşüb.

Nəticədə avtomobildə olan sürücü və sərnişin suda boğularaq dünyasını dəyişib.

Onların meyitləri sudan çıxarılaraq Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol