Azərbaycanın bu ərazilərində meşə yanğınları baş verdi

18:30 - 16 Avqust 2023 - GÜNDƏM

 Azərbaycanın bu ərazilərində meşə yanğınları baş verdi

Cəlilabad rayonunun Cəlilabad meşəbəyliyində və Beyləqan rayonunun 5 saylı meşəbəyliyində yanğın hadisəsi baş verib.

Bu barədə BUTA.TV-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin regional idarələri, nazirliyin digər yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri hadisə ilə əlaqədar əraziyə cəlb edilib. Yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, o cümlədən əl əməyindən istifadə olunub.

Xidmət rəisinin verdiyi məlumata görə, intensiv yanğınsöndürmə tədbirləri nəticəsində yanğın məhdudlaşdırılıb və digər ərazilərə yayılmasının qarşısı alınıb. O, yanğın hadisələrinin baş verməməsi, təbiət ərazilərinin zərər görməməsi üçün vətəndaşları ehtiyatlı və diqqətli olmağa, yanğın təhlükəsizliyi qaydalarına olduqca ciddi əməl etməyə, məsuliyyəti hiss edərək yanğına şərait yaradan bütün hallardan çəkinməyə çağırıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol