54 yaşlı qadını qatar vurdu, cinayət işi açıldı

19:46 - 16 Avqust 2023 - GÜNDƏM

 54 yaşlı qadını qatar vurdu, cinayət işi açıldı

Salyan rayonunda qatarın qadını vurması ilə bağlı cinayət işi açılıb.

Baş prokurorluğun mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, avqustun 16-sı saat 10 radələrində Salyan-Salmanlı dəmiryol xətinin Salyan şəhəri ərazisindən keçən 45-ci kilometrliyində hərəkətdə olan qatarın 1969-cu il təvəllüdlü Səadət Dadaşovanı vurması nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaq aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol