Kəlbəcər istiqamətində də mövqelərimiz atəşə tutuldu

20:10 - 16 Avqust 2023 - GÜNDƏM

 Kəlbəcər istiqamətində də mövqelərimiz atəşə tutuldu

Avqustun 16-sı saat 18:20-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə BUTA.TV-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - məlumatda qeyd edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol