Mirzoyan iclas öncəsi Lavrovla nələri danışdı?

20:40 - 16 Avqust 2023 - GÜNDƏM

 Mirzoyan iclas öncəsi Lavrovla nələri danışdı?

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Rusiya xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının iclası öncəsi görüş keçirib.

BUTA.TV xəbər verir ki, erməni nazir bu barədə X (Tvitter) sosial şəbəkəsində yazıb.

O, rusiyalı həmkarı ilə Qarabağdakı “humanitar böhran”dan və Laçın yolunun “blokadası”ndan danışdığını bildirib.

Mirzoyan növbəti dəfə Lavrova Azərbaycan guya erməni əhalisinə qarşı “etnik təmizləmə” planlaşdırması nağılını danışıb.

Qeyd edək ki, bu gün saat 23:00-da BMT TŞ-də Ermənistanın tələbi ilə Qarabağdakı vəziyyətlə bağlı iclas keçiriləcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol