Daha 18 ailə Laçında öz evinin açarını təhvil aldı

22:26 - 16 Avqust 2023 - GÜNDƏM

 Daha 18 ailə Laçında öz evinin açarını təhvil aldı

Laçına çatan növbəti 18 ailə öz evinin açarlarını təhvil alıb.

BUTA.TV xəbər verir ki, avqustun 16-da Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park 3” yaşayış kompleksindən yola salınan və Laçına çatan ailələr öz evinə və doğma elinə qovuşmağın sevincini yaşayıb. Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara mənzillərinin açarları təqdim edilib. Yenidən öz evində məskunlaşacaq ailələr sevinc hissi ilə açarları təhvil alıb. Bununla da Laçın şəhərində 221 ailə, yəni 858 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşmaları üçün bütün şərait yaradılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol