Dominikanda partlayış: ölənlərin sayı 25-ə çatdı

23:08 - 16 Avqust 2023 - GÜNDƏM

 Dominikanda partlayış: ölənlərin sayı 25-ə çatdı

Dominikan Respublikasının San-Kristobal əyalətində partlayış nəticəsində ölənlərin sayı 25-ə yüksəlib.

BUTA.TV xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə İdarəsinin rəisinin müavini Delfin Rodriges açıqlayıb.

“Milli səhiyyə sisteminin məlumatına görə, artıq xəstəxanada keçinənlər də daxil olmaqla ölmüş 25 nəfər məlumdur”, - o, telekanala deyib.

Qeyd edək ki, partlayış avqustun 14-də plastmas istehsalı zavodunda baş verib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol