İstanbulun 61 günlük su ehtiyatı qalıb - Xəbərdarlıq

00:24 - 17 Avqust 2023 - GÜNDƏM

 İstanbulun 61 günlük su ehtiyatı qalıb - Xəbərdarlıq

İstanbulu təmin edən su anbarlarında cəmi iki aylıq su qalıb. Quraqlıq davam edərsə, vəziyyət kritikləşə bilər.

BUTA.TV xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

“Şəhərin 91 günlük su ehtiyatı var. Lakin bu suyun 25 faizinin buxarlandığını nəzərə alsaq, ehtiyatın cəmi 61 günlük olduğunu deyə bilərik”, - telekanal bildirib.

İstanbul Su Ehtiyatları və Kanalizasiya İdarəsinin (İSKİ) məlumatına görə, çərşənbə günü su anbarlarının dolma dərəcəsi 33,37 faiz - 289 milyon kubmetrdən çoxdur. Son iki həftə ərzində şəhərdə orta hesabla sutkada üç milyondan üç milyon yarım kubmetrə qədər su istehlak edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol