1200-dən çox rus turist Antaliyada qaldı

10:12 - 17 Avqust 2023 - GÜNDƏM

 1200-dən çox rus turist Antaliyada qaldı

Rusiyanın “Red Vings” aviadaşıyıcısının reyslərinin ləğvi səbəbindən 1,2 mindən çox rusiyalı turist Türkiyənin Antalya kurortunda qalıb.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov məlumat verib.

Onun sözlərinə görə, son vaxtlar həm Rusiya, həm də Türkiyə aviaşirkətlərinin reyslərində gecikmələr çox tez-tez baş verir. Ancaq əksər hallarda gecikmə 1-3 saata qədər olur və sərnişinlər üçün xüsusi problem yaratmırdılar:

“Reyslərin texniki səbəblərə görə təxirə salınması səbəbindən 1200-dın çox rus turist Antaliyadan uça bilmir. Rusiyanın Baş Konsulluğu məsələnin həlli ilə bağlı çalışır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol