Yeni araşdırmalara əsasən, İndoneziyanın paytaxtı Cakarta dünyanın ən çirkli şəhəri elan olunub. Prezidentin öskürəyi də bununla əlaqədar ola bilər.
BUTA.TV xəbər verir ki, bu barəcə CNN məlumat yayıb.
İndoneziya hökumətindən də bildirilib ki, Prezident Coko Vidodo bir neçə həftə öskürəklə mübarizə aparıb və bunu şəhərin çirklənməsi ilə əlaqələndiriblər.
Bildirilib ki, bu xəbər İsveçrənin “İQAir” şirkətinin Cakartanın dünyanın ən çirkli şəhəri olması ilə bağlı hesabatından sonra ortaya çıxıb.
“Prezident Coko Vidodo həftə ərzində havanın çirklənməsi ilə mübarizə üçün konkret addımlar atmağı tapşırıb. O, dörd həftə öskürdü və dedi ki, heç vaxt özünü belə pis hiss etməyib”, - İndoneziyanın turizm və kreativ sənaye naziri Sandiaqa Uno jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, həkimlər prezidentin öskürəyinin səbəbini araşdırırlar, ola bilsin ki, havanın çirklənməsi ilə bağlı olsun.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan