Laçın yolunun “blokadası” ilə bağlı bəyanatlar reallığa uyğun gəlmir.
BUTA.TV xəbər verir ki, bunu Report-a açıqlamasında fransız tarixçi və politoloq Maksim Quen Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığından sonra Fransa XİN-in verdiyi bəyanata münasibət bildirərkən deyib.
“Laçın yolunda nəqliyyatın hərəkəti dayanmır. Xankəndidəki ermənilər Azərbaycan Dövlət Sərhəd Xidmətinin nəzarətinə müqavimət göstərməsəydi, Ermənistan ərazisində gözləyən yük maşınları keçə bilərdi. Bu yoxlama həm qanuni (sərhəd-buraxılış məntəqələri bütün ölkələrdə var), xüsusən də Rusiya “sülhməramlıları”nın himayəsi altında həyata keçirilən silah qaçaqmalçılığının qarşısının alınması kontekstində zəruridir”, - o vurğulayıb.
M.Quen əlavə edib ki, Ağdam-Xankəndi yolunu məhz separatçılar bağlayıblar.
Onun sözlərinə görə, belə qərəzli bəyanatları, təəssüf ki, təkcə Fransanın deyil, həm də çox vaxt Aİ-nin yüksək səviyyəli nümayəndələri verirlər:
“Aİ və Fransa qorxur ki, Nikol Paşinyan ölkəsində ictimai rəy qarşısında simasını itirə və onun yerini Robert Köçəryan və ya onun kimiləri əvəz edə bilər".
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan